İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarə Əliyevanın qardaşı: "Onun övladlarının belə bir vəziyyətdə... "

"Belə faciəli hadisəni qaldırmaq çox çətindir, çox. İnanılmaz həyatsevər, pozitiv, peşəkar və olduqca dostcanlı, ailəcanlı bir doğmanı bir anda itirməyin ağrısı heç bir ifadəyə sığmır".

Musavat.com bildirir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev Oqtay Əliyevin qəzada həlak olması ilə bağlı sosial şəbəkədə yazıb. O, faciə ilə bağlı başsağlığı verənlərə təşəkkürünü bildirərək, qeyd edib:

"Zəng vurub, yazıb başsağlığı verən, yanımızda olub bizi tək qoymayan hər kəsə öz adımdan, Oqtayın doğmaları adından təşəkkürümü bildirirəm. Var olun.

Oqtayın övladlarının bu vəziyyətdə belə inanılmaz gücə, iradəyə, Dilarəyə necə dəstək olmalarına heyran olmamaq mümkün deyil. Allah Mehriban xanıma şəfa versin. Ailə üzvümüz qədər yaxındı bizə”.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR