İnsanlara hürriyət, millətlərə istiqlal!

Die Welt: “Berlinin bordellerində çalışanların yarısı ukraynalıdır”

Almaniyanın “Die Welt” nəşri yazır ki, Berlin fahişəxanalarında işləyənlərin təxminən yarısı Ukraynadan olan qadınlardır.

Musavat.com adı çəkilən nəşri istinadla xəbər verir ki, Almaniya paytaxtında fəaliyyət göstərən sosial təminat təşkilatının əməkdaşının sözlərinə görə, əvvəllər fahişələr arasında ukraynalı qadınlara nadir hallarda rast gəlinib, ancaq son illərdə vəziyyət dəyişib.

“Hazırda, deyərdim ki, bordellərdə işləyənlərin 50 faizi hərbi münaqişə səbəbindən Berlinə gələn ukraynalı qadınlardır”, - deyə sosial işçi qeyd edib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşları tez-tez maliyyə çatışmazlığı üzündən fahişəliklə məşğul olmağa məcbur olurlar, ona görə də fahişəxanalara sadəcə başlarının üstündə dam olsun deyə gedirlər.

Bəzi qadınlar da var ki, bu peşəni seçməyə, onları qoruyacaqlarını vəd edən kişilər məcbur ediblər.

Maraqlıdır ki, bu xəbər Rusiya saytlarında geniş tirajlanır və bunu tirajlayanlar vətəndaşları olduğu dövlətin qonşu və qardaş xalqın qadınlarını bu günə qoyduqlarına görə xəcalət çəkmirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR