İnsanlara hürriyət, millətlərə istiqlal!

Diaspor Komitəsinin Şuşa planları ilə bağlı AÇIQLAMA

“Diasporla İş üzrə Dövlət Komitəsinin 2023-cü il üçün İş Planında Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təkliflər nəzərə alınıb”.

Bunu DİDK-in Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalova Musavat.com-un sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişlənməsinə, türk diasporlarının inteqrasiyasına, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsinə töhfə verəcək layihələr həyata keçirməyi planlaşdırır: “2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhəri dünya azərbaycanlıları üçün böyük mənəvi dəyər kəsb edir. Şuşa şəhərinə böyük ehtiramın təzahürü olan bu qərar Azərbaycan diasporu üçün önəmli hadisədir. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı Azərbaycan Respublikasının Nazirlər Kabinetində təsdiq olunduqdan sonra həyata keçiriləcək. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə planlaşdırılan tədbirlər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 2023-cü il İş Planına daxil edilib və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqinə verilib. Qeyd etmək istərdim ki, istər xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, istərsə də ayrı-ayrı diaspor nümayəndələrinin  Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xarici ölkələrdə çoxsaylı və müxtəlif səpkili tədbirlərin keçirilməsi ilə bağlı Komitəyə ünvanladıqları təkliflər Komitənin 2023-cü il üçün İş Planı hazırlanarkən nəzərə alınıb. Eyni zamanda bildiririk ki, DİDK və xaricdəki Azərbaycan icmaları Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətinə uyğun olaraq, diasporların iştirakı ilə Şuşa şəhərində konfrans, forum, simpozium və bədii gecələr təşkil etməyi, memarlıq və şəhərsalma sənətinin 270 illik incisi olan Şuşa şəhərinin xarici ölkələrdə tanıdılmasına töhfə verəcək müxtəlif səpkili tədbirlər keçirməyi, bu gün dünyada sayı 19-a çatan Azərbaycan evlərində, xaricdəki “Qarabağ” məktəblərində və həftəsonu Azərbaycan məktəblərində dərslərin, maarifləndirici tədbirlərin keçirilməsinə dəstək verməyi, il ərzində xarici ekspert və tarixçilərin, jurnalistlərin, diaspor nümayəndələrinin  Şuşaya səfərlərinin təşkil etməyi  planlaşdırır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR