İnsanlara hürriyət, millətlərə istiqlal!

Diaspor komitəsinin rəhbəri səfirliyə hücumdan danışdı

"Paris istisna olmaqla bu günə qədər diasporanın nəzdində olan heç bir Azərbaycan evinə hücum olmayıb. Parisdə baş verən hücuma da polisin vaxtında müdaxiləsi nəticəsində vəziyyət stabilləşdi".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Diaspor Komitəsinin sədri Fuad Muradov deyib:

"Hücum zamanı UNESCO ilə birgə tədbir keçirilirdi və bu tədbir zamanı onlar da düşmənin mədəniyyətini görmüş oldu. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan diasporası ayaqdadı. 50-dən çox bəyanatlar vermişik və bunların bir çoxuna rəsmi münasibətlər gəlib. Latın Amerikası, bəzi ərəb ölkələrində bizim diasporamız fəaliyyət göstərmir. Lakin buna baxmayaraq, bizim diasporamız baş verən hadisələrə çox təmkinli və geniş məlumat verir. Adekvat tədbirlər qeyri-qanuni hərəkətlərdən, aksiyalardan çox daha effektlidir. Bizim heç bir fəaliyyətimiz düşmən tərəfə əvəz-əvəz yanaşma kimi qiymətləndirilməlidir. Bu düşünülmüş addımdır. Bu gün diaspora necə lazımdırsa fəaliyyət göstərir. Bu o demək deyil ki, ölkədən xaricdə harada azərbaycanlılar çoxdursa, orada ermənilər də çoxdursa onlar bir-birinə hücum etməlidirlər.

F.Muradov diasporanın gördüyü işlər barədə məlumat verdi:

"Bu gün hır bir dövlətin borcudur ki, xarici səfirlikləri qorusun. Bizim İngiltərədə diasporumuz həm erməni, həm də öz səfirliyimizin qarşısında dinc aksiya keçirib. Eyni zamanda bilirsiniz ki, Fransada ermənilərin qeyri-qanuni icazəsiz aksiyaları olub. Aidiyyəti üzrə bu cür qeyri-qanuni hallara zəruri münasibət göstərilib. Son 3 həftə ərzində 40-dan müxtəlif aksiya və yürüşlər keçirmişik. Əgər yerli dövlət qurumlardan müvafiq icazələr alınırsa, aksiyalar keçirilə bilir. Eyni zamanda Berlində, Çexiyada, İstanbulda, Polşada, Praqada bizim diasporamız çox çevik işlər görür. Biz artıq qalib ölkəyik və özümüzü qalib ölkə kimi aparırıq".

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR