Onlayn ictimai-siyasi qəzet
Son zamanlarda Britaniya Çindən daha aqressiv yanaşma görür, xüsusən də kiber sferada. Britaniyanın özünü bundan qoruması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonda xarici jurnalistlər üçün keçirilmiş mətbuat konfransı zamanı deyib. O, Britaniyanın Baş naziri olduğu zamanlarla müqayisədə hazırda Britaniya-Çin əlaqələrinin də dəyişdiyini diqqətə çatdırıb: “Ona görə ki, müxtəlif məsələlərlə bağlı Çinin də xarici siyasətində dəyişikliklər görürük”.
Nazir bildirib ki, Britaniyanın xarici siyasətində özünü qoruma, uyğunlaşma və əlaqə qurma kimi məsələlər əsasdır. Devid Kemeron deyib ki, qarşılıqlı maraqların olduğu sferalarda Britaniya Çinlə işləməyə daim hazırdır.
Devid Kemeron Marin Le Penin Fransada, Donald Trampın ABŞ-da keçirilən seçkilərdə qalib gələcəyi təqdirdə Böyük Britaniyanın məsələyə münasibəti ilə bağlı sualı da cavablandırıb. O, istənilən ölkədə kim seçilərsə, onunla işləməli olduqlarını və yaxşı münasibətlər quracaqlarını bildirib.
Nazir Britaniyanın İsrailə silah satışı ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, İsrail silahlarının yüzdə 1-dən də azını Britaniyadan alır. O, Britaniyanın bütün hüquqi prosesləri nəzərə alaraq, hüquqi məsləhətlərə uyğun qərar qəbul edərək Britaniya şirkətlərinin İsrailə silah satışı ilə bağlı lisenziyalarını davam etdirdiyini də əlavə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ