İnsanlara hürriyət, millətlərə istiqlal!

Devalvasiyanın ayaq səsləri, yoxsa..?

“Yaxın vaxtda devalvasiyanın olacağı ilə bağlı xəbərlərin ciddi əsası yoxdur. Təbii ki, ehtimal həmişə var. Amma bunun üçün ciddi iqtisadi əsas yoxdur".

Musavat.com xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, Mərkəzi Bank məcbur olmadıqca devalvasiyadan mümkün qədər yayınacaq:

"Amma məcbur olduğu halda devalvasiya olacaq. Manatın məzənnəsini Mərkəzi Bank təyin edir. Bu baxımdan dəqiq proqnoz vermək çox çətindir. Çünki Mərkəzi Bankın özünün birbaşa təyin etdiyi və səlahiyyətində olan məsələdir. Hətta Mərkəzi Bank bunu süni şəkildə qabağa da çəkə bilər, ləngidə də bilər. Mərkəzi Bankdan çox şey aslıdır, hazırda buna məcbur deyil. Çünki neft qiymətləri yüksəkdir. Bundan əlavə, Mərkəzi Bankın ehtiyatları son dövrlərdə azalmır, artır. Ona görə də, yaxın zamanda devalvasiya gözlənilmir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR