İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərsliklərimizi əcnəbilər yazırmış - reaksiya

Coğrafiya, kimya, fizika və biologiya dərsliklərinin sinqapurlu mütəxəssislərin köməyi ilə hazırlanmasına təhsil ekspertləri nə dedi? 

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin müəyyən sinifləri üçün 67 adda dərslik yenidən hazırlanıb və ya təkmilləşdirilib. Bunu jurnalistlərə müsahibəsində Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova deyib. O bildirib ki, bunlardan VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya dərslikləri Sinqapurun dərslik sahəsində mütəxəssislərinin köməyi ilə hazırlanıb.

Mövzuya diqqət edən Bakı-xeber.com saytı haqlı olaraq sual edir ki,  Azərbaycanda dərsliklərin hazırlanması prosesinə bir çox cəhətdən - tarixi, mədəni, siyasi, iqtisadi, coğrafi baxımdan ölkəmizdən fərqli olan ölkələrin mütəxəssislərinin cəlb olunması nə dərəcədə doğrudur? Deyək ki, bunun tərtibatının daha da keyfiyyətli olması baxımından xarici mütəxəssisləri cəlb etmək olar. Həmin ölkələrin çap sahəsində sahib olduqları yüksək texnoloji imkanlarından istifadə edərək lap aparıb dərslikləri orada da çap etmək mümkündür. Yəni kağız, tərtibat, cildlənmə baxımından çap keyfiyyətinin daha yaxşı olması üçün qabaqcıl texnologiyalardan istifadə edilməsi qəbulediləndir. Amma dərsliklərin məzmunu ilə bağlı yad ölkələrdən tövsiyə, məsləhət almaq və bunun əsasında dərslik hazırlamaq Azərbaycan üçün nə qədər sərfəlidir?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, dərsliklər hazırlanarkən mütləq Azərbaycan reallığı nəzərə alınmalıdır. “Yeni Müsavat”a şərhində millət vəkili bildirdi ki, xarici təcrübəni öyrənmək faydalıdır, lakin yerli mütəxəssislərin imkanlarından da istifadə edilməlidir: “Dərsliklərin məzmununun dəyişdirilməsi ciddi və həssas məsələdir. Bunun üzərində ciddi düşünülməlidir, təhlillər aparılmalıdır. Sinqapur modelinin Azərbaycan coğrafiyası ilə bağlı uğurlu model olduğunu düşünmürəm. Belə məsələlərdə tələsmək olmaz, əks halda, gələcəkdə ağır fəsadlar yarana bilər”. 

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovun fikrincə, yeni dərsliklər kifayət qədər oxunaqlı olacaq. “Yeni Müsavat”a açıqlamasında ekspert mövzunu belə şərh etdi: “Orta ümumtəhsil məktəblərində təbiət fənni 5-ci və 6-cı siniflərdə tədris olunur. Bu o deməkdir ki, şagirdlər fizika, coğrafiya, biologiya kimi fənləri təbiət fənninin içində keçirlər. Təbii ki, onların təbiət fənninin ardınca xüsusilə 4 fənn üzrə bilikləri həmin kitablara uyğunlaşmalıdır. Yəni onlar digər şagirdlər kimi təməl biliklərə malik olan akademik informasiyanı özündə əks etdirən kitablardan istifadə etməyiblər. Azərbaycan şagirdləri üçün istifadəyə veriləcək yeni dərsliklər kifayət qədər yeni informasiya ilə dolacaq. Əvvəlki illərdə təbiət fənnində birləşdirilmiş fənləri öyrənənləri nəzərə aldıqda düşünürəm ki, yeni kitablar buna uyğun olmalıdır. Elə informasiya var ki, şagirdlər üçün yeni olacaq, amma bu, əvvəlki informasiya ilə ziddiyyət təşkil etməməlidir. Əks halda, bu, gələcəkdə qəbul imtahanlarında problem yarada bilər. 6-cı sinifdən etibarən uşaqlar biologiyanı, coğrafiyanı, fizikanı keçirlər və ilkin informasiyaları əldə edirlər. Amma təbiət fənni daxilində sözügedən fənlər ümumiləşmiş halda keçilir. Üstəlik, bu fənni tədris edən müəllim o qədər də geniş akademik biliklərə malik deyil. Odur ki, dərsliklər məzmun standartları baxımından tamamilə yenilənməlidir”.

Ekspert düşünür ki, yeni yazılacaq kitablar şagirdlərin yaş xüsusiyyətinə, psixologiyasına, öyrənmə bacarıqlarına uyğun olacaq: “Son illər Elm və Təhsil Nazirliyi yeni dərslikləri müasir dövrün tələblərinə uyğun olaraq hazırlayır. Dərsliklər elə məzmunda olmalıdır ki, şagirdlər müəllim olmadan da  mövzuları öyrənə bilsinlər. Bu dərsliklər yazılmamışdan öncə müəllimlər üçün təlimlər keçilməlidir ki, müəllimlər dərslikləri birinci özləri mənimsəyə bilsinlər. Tədris ili sentyabrın 15-də başlayır. Müəllim dərsliklə şagirdlərlə bərabər tanış olur. Müəllimlər proqram qurmalı, kurrikulumda hansı məzmun standartını tətbiq edəcəyini bilməlidir. Dərsliklər ən azı elektron variantda öncədən müəllimlərə göndərilməlidir ki, məzmunu mənimsəyə bilsinlər. Son illər dərsliklərin  məzmun, forma, dizayn, informasiya yükü, akademik yükünə nəzər saldıqda müsbət dəyişiklikləri müşahidə edirik. Hesab edirəm ki, yeni dərsliklərdə də bu prinsiplər gözlənəcək”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR