Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bu gün ABŞ-da dərman qiymətlərinin 30-80 faiz azaldılmasını nəzərdə tutan sərəncam imzalamaq niyyətindədir.
Musavat.com xəbər verir ki, o, bunu Truth Social-da yazıb: "Mən sabah Ağ Evdə xalqımızın tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağımı elan etməkdən məmnunam. Dərmanların qiymətləri demək olar ki, dərhal 30-80 faiz azalacaq".
Tramp uzun illərdir ki, ABŞ-da dərmanların baha olmasından narahat olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bütün dünyada dərman qiymətləri “oyun sahəsini bərabərləşdirmək” və “Amerikaya ədalət gətirmək üçün” yüksələ bilər.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ