İnsanlara hürriyət, millətlərə istiqlal!

Der Spiegel: Çin bir yandan Ukraynada sülhə çağırır, digər yandan isə...

Çin Rusiya ordusunu öz istehsalı olan kamikadze pilotsuz təyyarələrlə təmin etmək niyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı (Almaniya) məlumat yayıb. “Der Spiegel”in informasiyasına əsasən, bu il aprelin əvvəlinə qədər Rusiyaya yüzə yaxın dron göndərilməlidir.

Söhbət Rusiya Müdafiə Nazirliyi ilə Çinin “Xi'an Bingo Intelligent Aviation Technology” şirkəti arasında bağlanan müqavilədən gedir. Sözügedən pilotsuz təyyarələr 35-50 kiloqram ağırlığında döyüş başlığı daşıya bilən “ZT-180” modelidir. Hərbi ekspertlərin fikrincə, bu model İranın Şahed-136 kamikadze pilotsuz təyyarəsinin dizaynına bənzəyir.

“Der Spiegel” Rusiyaya silah tədarükünün Çinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün təqdim etdiyi plana zidd olduğunu göstərib. 12 bənddən ibarət planda ÇXR müharibəni danışıqlar yolu ilə dayandırmağa çağırır və dünya ölkələrini “Rusiya və Ukraynanı eyni istiqamətdə işləməyə dəstəkləməyə və sonda tam atəşkəsə nail olmağa” çağırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR