İnsanlara hürriyət, millətlərə istiqlal!

"Der Spiegel": "Avropa Rusiyanı məğlub edəcək gücdə deyil"

Avropa ölkələrinin Rusiyanın fevral ayından Ukraynada başlatdığı hərbi əməliyyatları dayandıra bilməməsi Qərb mediasında bir sıra suallar doğurub. Aparıcı KİV-lər tez-tez bu mövzuya toxunaraq ya NATO-nu şişirdilmiş bir hərbi alyans olmaqda ittiham edirlər, ya da Avropa nəhənglərinin Ukrayna kimi ölkəyə görə riskə getməyi uyğun saymadığını yazırlar.

Növbəti belə məqalə Almaniyanın "Der Spiegel" saytında dərc edilib. AzVision.az xəbər verir ki, Fransalı hərbi ekspert Pyer Serven jurnala müsahibəsində deyib ki, Avropa Rusiyanı məğlub edəcək durumda deyil. Burada heç bir ölkə Moskvaya qarşı müharibə aparmağa qadir deyil.


"Avropada heç bir ölkə Rusiyanı birbaşa silahlı toqquşmada məğlub edə bilməyəcək, avropalılar illərdir yalnız NATO-ya, yəni ABŞ-a arxalanaraq özlərini hərbi kastrasiyaya məruz qoyublar", - o, fikrini belə əsaslandırıb.

 Mütəxəssis misal kimi Fransanı göstərib. Hansı ki, Fransa Avropa İttifaqında ən böyük orduya malik ölkə sayılır. Orduları “cipdən tutmuş nüvə sualtı qayığına qədər” təchiz edilib. Ancaq Serven belə hesab edir ki, hətta bu qədər yaxşı hazırlanmış ölkə Ukraynadakı kimi oxşar münaqişələrdə qalib gələ bilməz.

- Fransa öz ordusunun simasında sanki iri çaplı tüfəng təsiri bağışlayır. Ancaq bu tüfəngdə bir patron var. Bizdə hər şey var, lakin kifayət qədər deyil, - ekspert qeyd edib.

Bundan əlavə, o, əminliyini ifadə edib ki, cəmiyyətin hər hansı formada müharibə aparmaq istəməməsi Avropanın hərbi toqquşmalara hazır olmamasına da təsir edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR