Onlayn ictimai-siyasi qəzet
Bu il Azərbaycan parlament seçkilərinə hazırlaşır. Belə ki, qanunvericiliyə görə, bu il parlament çağırışının səlahiyyət müddəti 5-ci ilinin noyabr ayının 1-ci bazar gününə qədərdir. Amma bəzi məlumatlara görə, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Artıq seçkilərə hazırlıqla bağlı hakim partiyadan da siqnallar alınıb.
Yeni parlamentin necə qurulacağı da maraq doğurur. Belə ki, dünya təcrübəsində statistikaya nəzər salsaq, parlamentdə toplaşan deputatların çoxunun hüquqşunas, əksəriyyətinin isə iqtisadiyyatçı olduğu nəzərə çarpır.
Bunlarla bərabər digər ölkələrin parlamentlərin də filoloqlar, tarixçilər və başqa humanitar ixtisas sahibləri də çoxdur.
Modern.az-ın araşdırmasına görə, Azərbaycan parlamentində də toplaşan deputatların çoxu hüquq təhsillidir.
Məsələn, hakim partiya təmsilçiləri arasında bir neçə hüquqşünas var. Əli Hüseynli, Ziyafət Əsgərov hüquq təhsili alıblar. Vasif Talıbov, Siyavuş Novruzov, Məlahət İbrahimqızı isə ikinci ixtisas üzrə hüquqşünas sayılırlar.
Bununla bərabər, Oqtay Əsədov, Ziyad Səmədzadə, Ağalar Vəliyev, Eldar İbrahimov, Tahir Mirkişili, Mahir Abbaszadə, Mixail Zabelin və digərləri iqtisadiyyatla bağlı sahələrin mütəxəssisləridir.
Parlament üzvləri arasında həkimlərimiz isə azdır. Belə ki, Sədaqət Vəliyeva, Musa Quliyev, Əhliman Əmiraslanov, Kəmaləddin Qafarov, Rəşad Mahmudov, Soltan Məmmədov ixtisasca həkimdir.
Azərbəycan parlametində filoloqlar, tarixçilər, jurnalistlər və başqa humanitar ixtisas sahibləri də var. İsa Həbibbəyli, Sevinc Fətəliyeva, Səməd Seyidov, Naqif Həmzəyev, Elman Nəsirov, Ülviyyə Həmzəyeva, Hikmət Babaoğlu, Bəxtiyar Sadıqov, Nizami Cəfərov və d.
Azlıq partiyalarını təmsil edən deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Tahir Kərimli hüquqşünas, Asim Mollazadə və Rafael Hüseynov şərqşünas, Fəzail Ağamalı və Fəzail İbrahimli tarixçidir.
Qeyd edək ki, bəzi ekspertlər dünyada baş verən proseslər fonunda parlamentdə daha çox iqtisadi bilikləri olan şəxslərin toplanmasının tərəfdarıdır.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ