İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan hökumətə çağırışlar

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Elşad Mirbəşir rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının maaşlarının artırılması təklifi ilə çıxış etdi.

Hökumətin iştirakı ilə keçirilən iclasda deputat bildirdi ki, həmin mərkəzlərdə çalışan əməkdaşlarının maaşı aşağıdır: “Rayonlardakı mərkəzlər Mədəniyyət Nazirliyinə tabedir. Bu mərkəzlərin Bakıdakı mərkəzlə birgə işləməsini, maaşlarının artırılmasını təklif edirəm. Bu kimi mərkəzlər rayonlarda əhalinin mədəni rifahının artırılması üçün vacibdir. Ona görə həmin mərkəzlərə diqqət yetirilməsi önəmlidir”.

 Deputat Aqiyə Naxçıvanlı isə şəhid ailələrinin övladlarının təhsil haqlarından azad olunduğunu xatırladaraq təklif verdi: “Yaxşı olardı ki, müharibə veteranlarının övladlarına da bir sıra güzəştlər şamil edilsin. Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir. Bundan başqa müharibə veteranlarına güzəştli ipoteka ilə mənzil almaq hüququ verilməlidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR