Onlayn ictimai-siyasi qəzet
“Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsi həm də dünyada sağlar hərəkatın hakimiyyətə gəlməsi dalğasının bir hissəsi kimi baxmaq lazımdır. Bu tendensiya Braziliyada, Hindistanda, Avropa ölkələrində artıq aydın sezilir”.
Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Tahir Mirkişiliyə məxsusdur.
Deputat ardınca konkret sahələrdən bəhs edib. Sağların ən bariz nümayəndəsi olan Trampın iqtisadi siyasətində hansı istiqamətlər üstünlük təşkil edəcək:
“İri korporasiyaların azad kaptalizmi: Seçki öncəsi də Tramp iri korporasiyalar üçün vergilərin azaldılmasını, dövlət tənzimlənməsinin isə zəiflədilməsini müdafiə edib. Bu iqtisadi siyasət iqtisadi artımı gücləndirəcək, sosial bərabərsizliyi isə gücləndirəcək”.
Daxili bazarın qorunmasından bəhs edən T.Mirkişili əlavə edib:
“Trampın iqtisadi siyasətində bu istiqamət mühüm yer tutur. ABŞ-ın illik idxalı 3.1 trln dolları keçir. Tramp bütün idxalı əlavə 10%, ÇİN-dən gələn məhsulları isə əlavə 60% rüsüma cəlb etməyi planlaşdırır. Əsas məqsəd daxili istehsalı gücləndirmək, yeni iş yerləri açmaqdır. Qeyri-qanuni miqrasiya ilə mübarizə, polis nəzarətinin gücləndirilməsi və milliləşmə. Trampın iqtisadi siyasəti bir çox sahələrdə sosial narazılıqlara səbəb ola biləcək, dövlət baş verə biləcək hadisələrin qarşısının alınması üçün güc strukturlarının gücləndirilməsini planlaşdırır”.
Deputatın fikrincə, Tramp ənənəvi olaraq neftin əlçatan, amma ucuz olmasının tərəfdarıdır:
“Yaşıl enerji və iqlim dəyişikliklərində inamsızlıq nümayiş etdirən iqtisadi siyasətin dəyişikliklərə məruz qalacağına ancaq ümid etmək olar”.
T.Mirkişili kadr islahatlarına da diqqət çəkib: “Tramp tərəfdarları qısa müddət ərzində dövlət aparatında 50 minə yaxın qulluqçunu dəyişməyi planlaşdırırlar. Onlara görə yeni kadrlar olmadan uğurlu iqtisadi siyasət icra etmək çətin olacaqdır. 1980-ci illərdən başlayaraq ABŞ-da Heritage Foundation tərəfindən ABŞ prezidentləri üçün islahat təklifləri hazırlayır. Tramp administrasiyasının bir çox iqtisadi siyasət istiqamətlərində bu sənədən istifadə edəcəyi gözlənilir. Dünya iqtisadiyyatının təqribən ¼-i ABŞ-a aiddir. Ona görə ABŞ prezidentinin hansı iqtisadi siyasət yürütməsi bütün dünya iqtisadiyyatına təsir edəcək. Düny artıq müharibələrdən, sanksiyalaradan, inzibati iqtisadi müdaxilərdən yorulub. Ümid edirik ki, dünyada iqtisadi inkişafın qarşısında olan bu maneələr azaldılacaq”.
E.Paşasoy,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ