İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Ursulanın bəhanəsinə reaksiya: “Gəlmir gəlməsin, problem deyil” 

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcək.

Bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq.

Ursula fon der Layen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir.

Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, onun COP29 tədbirinə gəlməməsi Avropa Komissiyası üçün uğurlu addım sayıla bilməz.

“Onun gətirdiyi bəhanə qəbul edilmir.  Onsuz da xanım məmur yenidən o vəzifəyə təyin edilib və keçid mərhələsində hər hansı bir gərginlik ola bilməz. Avropanın müəyyən anti-Azərbaycan dairələrinin təbliğatının təsir altına düşərək Azərbaycanın belə bir tədbirinin iştirakından çəkinir. Halbuki bu, Azərbaycanın deyil, BMT-nin tədbiridir. Bu tədbir sadəcə müzakirələr deyil, iqlim dəyişikliyinin qarşısının alınması üçün çox ciddi iqtisadi layihələrin müzakirə edildiyi tədbirdir. 100-dən çox aparıcı ölkənin birinci şəxsinin bu tədbirə gəlişi, 50 mindən çox iqlim dəyişikliyi üzrə mütəxəssisinin bu tədbirdə iştirakı onun əhəmiyyətini kifayət qədər artırır. Ursula fon der Layenin tədbirdə iştirakı hesab edirəm ki, Avropa birliyinin iqlim dəyişikliyi məsələsində mövqeyinin öyrənilməsinə, onun bu problemin həllinə dair iştirakına aydınlıq gətirilməsinə səbəb ola bilərdi.  Onun gəlməməsi Azərbaycan üçün hər hansısa bir problem deyil. Onsuz da tədbir yüksək səviyyədə keçiriləcək. Tədbirin təşkili çox yüksək səviyyədə hazırlanıb. Hesab edirəm ki, noyabrın 11-i və 22-si arasında Azərbaycanda günün tələblərinə cavab verən tədbir keçiriləcək. Dünya artıq Azərbaycanın planetin problemlərinə bağlılığını yüksək qiymətləndirir”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR