İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan kasıblar üçün ucuz supermarketlər təklifi

Deputat Razi Nurullayev Milli Məclisdəki çıxışında bildirdi ki, bazarlarda ciddi bahaçılıq var.

Musavat.com xəbər verir ki, Razi Nurullayev bunun səbəbini həm də dünyada gedən proseslərlə əlaqələndirib:

“Ona görə də aparılan mübarizələrə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir və bu da əhalimizin kasıb hissəsini daha çox əzir. Hökumət tərəfindən, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür və bu yaxşıdır. Təklif edirəm ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyəti dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın”. 

R.Nurullayev ardınca dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılması ilə bağlı təklif səsləndirdi:

 “Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var”. 


E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR