İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan hərbi doktrinada dəyişiklik edilməsi barədə TƏKLİF  

Deputat Elşad Mirbəşir parlamentin iclasındakı çıxışında hərbi doktrinadan bəhs etdi.

Musavat.com-un məlumatına görə o bildirdi ki, Azərbaycan Respublikasının hərbi doktrinası 2010-cu ildə qəbul edilib.

Deputatın sözlərinə görə,hərbi doktrinanın 75-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, doktrinada dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etmək olar: “Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb. Müvafiq olaraq, Azərbaycan Respublikasının Hərbi doktrinasında da dəyişikliklər etmək lazımdır. Azərbaycan Respublikası həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb.

Hərbi doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib”.

E.Mirbəşir qeyd etdi ki, doktrinada yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir: “Xüsusilə də, doktrinanın 14, 15, 16, 21 və sair maddələrində dəqiqləşmənin aparılması lazımdır”. E.Mirbəşir ardınca qeyd etdi ki, Azərbaycan ərazisində separatizmə açıq dəstək verən Fransa ilə bağlı müvafiq məqamlar öz ifadəsini tapmalıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də Fransanın davranışları ilə bağlı münasibətini açıq bildirdi. Bütün bunlar bir daha Azərbaycan Respublikasının hərbi doktrinasında müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini göstərir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR