İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Xocalıda bir küçəyə Natiq Qasımovun adı verilə bilər”

Milli Məclisin iclasında çıxış edən deputat Sahib Alıyev Avropa Parlamentinin saxtakarlıqlarına, ölkəmizə qarşı qərəzli siyasətinə arqumentlərlə cavab verib.

Musavat.com-un məlumatına görə deputat bildirib ki, zamanında azərbaycanlılar kütləvi şəkildə Ermənistandan deportasiya ediləndə Avropa Parlamenti daxil, beynəlxalq təşkilatlar susurdu. Ancaq bu gün könüllü şəkildə Qarabağdan köçən ermənilərə görə Azərbaycan əleyhinə ləyaqətsiz mövqe sərgiləyirlər.

S.Alıyev Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri, 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov haqda da danışdı. “Əminəm ki, Müzəffər Ali Baş komandanımıza Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o, haqq etdiyini alacaq. Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Mən 6 il əvvəl onun ailəsi və yaxınları ilə danışıqlar aparmışam. Bununla bağlı araşdırmam sosial şəbəkədə var. Ümid edirəm ki,  məsələ həllini tapacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR