İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Sərsəng su anbarı ilə bağlı məsələ qaldırdı  

Deputat Sahib Alıyev Milli Məclisin iclasındakı çıxışında hökumətin iştirakını nəzərə alaraq Tərtərin Sarıcalı kəndinin əsas problemindən bəhs edib.

Musavat.com xəbər verir ki, deputat seçiçiləri ilə görüşdən danışarkən bildirib ki, sakinlər su, xüsusilə də içməli su qıtlığı ilə üzləşdiklərindən şikayətləniblər.

“Bu, ilk növbədə Sərsəngdən suyun buraxılmaması ilə bağlıdır. Xatırladım ki, bizim uyğun qurumların mütəxəssisləri Qarabağdakı haydillilərlə Sərsəng su anbarının daha optimal istismarıyla bağlı görüşüb danışmışdılar. Amma haydillilər sonra ünsiyyətdən qaçdılar”-S.Alıyev qeyd edib.

Deputatın sözlərinə görə, buarada məkrli niyyət var: “Çox ehtimal ki, Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını deməsindən sonra gecə saat 11-də Xankəndindəki uydurma parlamenti toplayaraq bu açıqlamanı pislətdirənlərin, yəni Rusiyanın oradakı müvəqqəti hərbi kontingentinin təhriki ilə belə davrandılar”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR