İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Rüfət Quliyevlə Natiq Cəfərli üz-üzə - Zəngilan aeroportu, erməni planı, İran tələsi… -CANLI

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Ermənistana rəsmi səfər edəcək. Bu barədə İran XİN-dən bildirilib. Onun Baş nazir Nikol Paşinyan, erməni həmkarı Ararat Mirzoyan və Ermənistan parlamentinni spikeri Alen Simonyanla görüşü nəzərdə tutulub.

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Bu səfərlər hansı mesajı verir? Regionda hansı yeni durum gözlənilir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə deputat Rüfət Quliyev və ReAL Partiyasının icra katibi Natiq Cəfərli müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR