İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat quru sərhədlərin mərhələli açılmasını TƏKLİF etdi

"Azərbaycana gələn hər 3 turistin ikisi təyyarədən istifadə edir"

"Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1,5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65,7 faizi qonşu ölkələrin vətəndaşlarıdır".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov qeyd edib.

vuqar.jpg (75 KB)

Onun sözlərinə görə, turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər. Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb".

Vüqar Bayramov Azərbaycana gələn hər üç turistin ikisinin təyyarədən istifadə etdiyini diqqətə çatdırıb:

"Diqqəti çəkən digər məqam turistlərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir. Bu o deməkdir ki, ölkəmizə gələn hər 3 tursitdən ikisi hava nəqliyyatından istifadə edir".

Deputat turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılmasının məqsədəuyğun olduğunu deyib:

"Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu, ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR