İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Qriqoryan: "Yalnız bir dəhliz var - Laçın dəhlizi, başqasından söhbət gedə bilməz"

“Yalnız bir dəhliz var – Laçın dəhlizi”.

Konkret.az xəbər verir ki, bunu oktyabrın 10-da Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ripsime Qriqoryan deyib.

“Ermənistan ərazisindən keçəcək hər hansı dəhlizdən söhbət gedə bilməz. Dəhliz termini Laçın kontekstindən başqa heç bir rəsmi formatda işlədilə bilməz. Ermənistanın ərazi bütövlüyü sövdələşmə predmeti deyil.

Ona görə də Azərbaycan tərəfi bu barədə nə qədər danışsa da, hamı mükəmməl başa düşməli və nəzərə almalıdır ki, bu cür bəyanatlar, fikirlər ancaq bir növ müəyyən istəyin ifadəsi kimi şərh edilə bilər. Bunlar rəsmi danışıqlar prosesində olmamalıdır.

Beynəlxalq ictimaiyyət Ermənistanın ərazi bütövlüyünün təkcə rəsmi İrəvan üçün deyil, özü üçün də qırmızı xətt olduğunu anlamalıdır”,- Qriqoryan çdeyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR