İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat məmurlarla birgə seçicilərilə görüşdü

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, 207,209, İ.Həşimov küçəsi, 6a, 8 və Ü.Hacıbəyov küçəsi, 2a, 4, 6 saylı binaların həyətində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə seçicilər onları narahat edən problemləri deputatın diqqətinə çatdırıblar.
Seçicilərin qaldırdığı bir sıra məsələlərin həlli haqqında müvafiq qurumların iştirakı ilə qərar qəbul edilib, qalan məsələlərin araşdırılıb həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov , bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Su-kanal, Yaşıllaşdırma, Küçə işıqları, İstilik və Qaz idarələrinin nümayəndələri iştirak edib.

Musavat.com

1..jpg (89 KB)

4...jpg (78 KB)

2..jpg (87 KB)

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR