İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Manat yarım qiyməti var, ancaq işbazlar onu əl altından 150-200 manata satırlar”

“İclas başlayandan mənə bir neçə həkim məlumat göndərdi. Məsələ TƏBİB-ə aiddir”.

Deputat Rüfət Quliyev Milli Məclisdə çıxış edərkən belə dedi. Bildirdi ki, cərrahiyyə əməliyyatı zamanı istifadə olunan Adrenalin adlı dərman yoxa çıxıb və onlarla əməliyyatın aparılması təxirə salınıb. “Bu dərmanın manat yarım qiyməti var, ancaq işbazlar onu əl altından 150-200 manata satırlar. Zəng edib mənə dedilər ki, cərrahiyyə əməliyyatı apara bilmirlər. Ukraynadan üç dərmanı gətirmək üçün böyük prosedurlar keçmək lazımdır. Əgər bunlar Türkiyədə satılırsa, onlardan biz rahat şəkildə Azərbaycanda da istifadə edə bilərdik.

Natri-xlor 09 faizli fizioloji məhlul, adrenalin, qlükoza nədir ki, o dərmanlar tapılmır? Xahiş edirik, onları təcili gətirsinlər!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR