İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “İran bu terror aktının niyə baş verməsi ilə bağlı Azərbaycana hesabat verməlidir”

Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə birmənalı şəkildə terror aktıdır. Əgər burada “Kalaşnikov” avtomatdan istifadə olunursa və əldə olunan videolar, eyni zamanda materiallar da göstərir ki, birmənalı şəkildə həmin terroristin məqsədi insan öldürmək, terror hadisəni həyata keçirmək olub”.

Bu sözləri millət vəkili Arzu Nağıyev Musavat.com-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, İran tərəfi hadisənin hansı səbəbdən baş verdiyini ciddi araşdırıb, Azərbaycan tərəfinə hesabat verməlidir:

“Ən ağır məsələ isə odur ki, bir nəfər dünyasını dəyişib şəhid olub, iki nəfər yaralanıb. Diplomatik nümayəndəliyimizin əməkdaşı Orxan Əsgərovun şəhid olması ilə bağlı onun yaxınların mən də öz tərəfimdən başsağlığı verirəm.

Hesab edirəm ki, burada bir neçə istiqamətdə araşdırma aparılmalıdır. Birincisi, İran xüsusi xidmət orqanları ilə birgə Azərbaycan tərəfi də bu araşdırmada mütləq şəkildə iştirak etməlidir və edəcək də. Yəni, İran dövləti bunu tək araşdırmamalıdır və cavab verməlidir ki, niyə səfirliyimiz yüksək səviyyədə qorunmayıb. Məlum olduğu kimi səfirliyimiz Azərbaycan ərazisi hesab olunur və İran səfirliyimizin necə qorunmasında məsuldur”.

Millət vəkili qeyd edib ki, baş verən terror aktı İranla Azərbaycan arasında mövcud olan gərginliyi daha da artıracaq: “Hesab edirəm ki, İranın Azərbaycandakı səfirliyi də ciddi mühafizə altına alınmalıdır. Çünki kimlərinsə törətdiyi əməllər acınacaqlı nəticə verə bilər.

Bir daha qeyd edirəm, İran dövləti baş verən terror aktı ilə bağlı bimənalı şəkildə Azərbaycana fikrini bildirməli və “niyə baş verdi” deyə hesabat verməlidir”.

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR