İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Həyatımın 10 ilini bu yataqxanada keçirdim" - FOTO

"Qarabağı könüllü tərk edən ermənilər ilə selfi çəkdirib hay-küy salan USAID daxil olmaqla, bir sıra beynəlxalq təşkilat rəhbərləri bir dəfə də olsun Ermənistan işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərə nəinki baş çəkdilər, 30 il müddətində bir dəfə də olsun onların taleyindən danışmadılar".

Musavat.com xəbər verir ki, bu sözləri Füzulidən olan millət vəkili Vüqar Bayramov feysbuk hesabında qeyd edib.

yataq.jpg (12 KB)

"1993-cü ildə Qarabağda yerləşən kəndimiz Ermənistan tərəfindən işğal olundu və həyatımın 10 ilini bu yataqxanada keçirdim. 30 illik Ermənistan işğalı nəticəsində tamamilə dağıdılan kəndimizdən isə qalan sadəcə xarabalıqlardır", - deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR