İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Həmişə olduğu kimi, bu dəfə də onların niyyəti iflasa uğrayacaq”

Deputat Ceyhun Osmanov Milli Məclisin iclasındakı çıxışında Azərbaycana qarşı hərəkətə keçmiş qüvvələrdən bəhs etdi.

O bildirid ki, Qarabağ zəfərindən sonra müəyyən ermənipərəst qüvvələrin anti-Azərbaycan mövqelər sərgiləməkdə davam etməsi onların qələbəmizi həzm edə bilməməsindən xəbər verir. “Bu niyyətlərin həyata keçirilməsi üçün 5-ci kolondan istifadə edirlər”, - deyən deputat mayın 14-də Bakının mərkəzində aksiya keçirməyə hazırlaşmasından da danışdı.

Deputatın sözlərinə görə, ayrı-ayrı fondlar müəyyən qüvvələrə qrantlar ayırmaqla ölkədə gərginlik yaratmağa çalışırlar və burada radikal müxalifətdən yararlanmağa çalışırlar. “Həmişə olduğu kimi, bu dəfə də onların niyyəti iflasa uğrayacaq, çünki Azərbaycan xalqı ölkə prezidentininn müdrik siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşib”, - C.Osmanov əlavə etdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR