İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Ən qısa vaxtda sosial platformaları idarə edən şirkətlərlə sıx təmasların qurulmasına başlanılmalıdır…”

 
 
Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında Söyüdlü hadisələrindən danışdı.

Bildirdi ki, son proseslər bir sıra daxili və xarici qüvvələrin mətbuatdan və sosial mediadan ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, dövlətimizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə cəhdlərinin sürətlə artdığını göstərir: “Gədəbəydə baş verən hadisələr bir daha bunu təsdiq etdi. Proseslər onu da göstərir ki, artıq ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur. Bu, bir tərəfdən informasiyanın əlçatanlığını daha sürətli təmin etməklə yanaşı, informasiya təhlükəsizliyi baxımından bir sıra problemlər də yaradır.
 
Bütün bunlar informasiya təhlükəsizliyini təmin etmək üçün ölkəmizin media siyasətinə yenidən baxılmasını, yerli media qurumlarının öz fəaliyyətini daha peşəkar səviyyədə qurmasını zəruri edir. Onu da nəzərə almaq lazımdır ki, qardaş Türkiyədə keçirilən seçkilərdə sosial mediada aparılan çirkin təbliğat ictimai rəyə çox ciddi təsir göstərdi. Bəzən bir sosial platformada yayılan videoya 30 milyon insanın baxması kiçik rəqəm deyil. Bütün sosial media gücünü siyasi təbliğata yönləndirmişdi”. 

C.Məmmədov təəssüflə qeyd etdi ki, bəzi qruplar sosial şəbəkələri və medianı söyüş meydanına çeviriblər: “Xüsusilə xaricdə oturan şəxslər bu məsələdə çox ciddi fəallıq göstərir. Ölkə rəhbərliyinin və dövlət məmurlarının ünvanlarına davamlı olaraq hədyan və təhqirlər yağdırırlar. Kimsə kimisə, nəyisə tənqid edə bilər, bu normaldır ancaq təhqir qəbul edilməzdir.

Onu da nəzərə almaq lazımdır ki, qardaş Türkiyədə keçirilən seçkilərdə sosial mediada aparılan çirkin təbliğat ictimai rəyə ciddi təsir göstərdi. Bəzən bir sosial platformada yayılan videoya 30 milyon insanın baxması kifayət qədər böyük rəqəmdir. Hesab edirəm ən qısa vaxtda sosial platformaları idarə edən şirkətlərlə sıx təmasların qurulmasına başlanılmalı, eyni zamanda, saxta məlumat yayan, söyüş və təhqiri özünə yol seçən platformaların bloklanması məsələsinə baxılmalıdır. Artıq türkiyə bu istiqamətdə fəal iş aparır. Türkiyə ilə də bu istiqamətdə müəyyən təcrübə mübadiləsi apara bilərik. İnsan hüquq və azadlıqlarının qorunması söyüş və təhqirə yer verilməsi anlamına gəlmir”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR