İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Elman Nəsirovla müxalif lider Natiq Cəfərlinin CANLI DEBATı! Qarabağda yeni əməliyyatlar!

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb. Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Korrupsionerlərin sayı azalmaq yerinə artır. Bunun qarşısını necə almalı? Yeni həbslər nəyi dəyişəcək?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də TV Müsavatın efirində yayımlanacaq “Canlı debat” verilişində debat formatında müzakirə edəcəyik. Müzakirədə YAP-çı millət vəkili Elman Nəsirovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli iştirak edəcək.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR