İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Bu, Azərbaycanın ərazi bütövlüyünü riyakarcasına şübhə altına almaqdır”

Deputat Elşad Mirbəşir Milli Məclisin iclasında çıxış edərək rəsmi Parisin siyasətinə etirazını ifadə edib.

O bildirib ki, bir müddət öncə Fransa xarici işlər naziri Ketrin Kolonna “Dağlıq Qarabağ”ı “anklav” adlandırıb. Deputat bunu yolverilməz sayıb: “Birincisi, Azərbaycanda belə bir region mövcud deyil. İkincisi, belə yanaşma Azərbaycanın ərazi bütövlüyünü aşkarcasına və riyakarcasına şübhə altına almaqdır. Azərbaycanın iradəsi ilə başladılan sülh gündəliyi öz aktuallığını saxlayır, Fransa isə hər vasitə ilə proseslərdə özünün iştirakını təmin etmək istəyir. Sual olunur, Fransanın məqsədi nədən ibarətdir?“

E.Mirbəşir qeyd edib ki, əslində onun məqsədi regionda gərginlik yaratmaqdan ibarətdir: “Bunu dəqiq sübut edən məqamlardan biri ondan ibarətdir ki, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi atteşe təyin etmək ərəfəsindədir. Onun fəaliyyəti əsasən Ermənistanı yeni Fransa silahları ilə təmin etməkdən ibarət olacaq. Fransanın bu davranışları ümumilikdə Aİ-nin maraqları və yanaşmaları ilə ziddiyyət təşkil edir. Bu baxımdan, Avropa ölkələrinə də Fransaya yerini göstərmələri üçün çağırış etmək lazımdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR