İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Bu, “ABŞ demokratiyası”nın əsl simasını ortaya qoydu”

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana sentyabrın 17-dən başlayan səfəri bu gün yekunlaşıb. Pelosinin “yaxın vaxtda Azərbaycan əleyhinə qətnamə qəbul ediləcək” açıqlaması isə Azərbaycan ictimaiyyətində etirazla qarşılanıb.

59ce4c51-6cfc-3079-9beb-54dd547553da_850.jpg (72 KB)

Hüquqşünas Ələsgər Məmmədli öz sosial media hesabında bildirib ki, Ermənistanda olan ABŞ rəsmisinin “yaxın vaxtda Azərbaycan əleyhinə qətnamə qəbul ediləcək” bəyanı demokratiyada ciddi handikapdır: “Demokratik Konqresdə öncədən necə bilmək olar ki, qəbul olunacaq? Heç olmasa imitasiya xatirinə deyəydi ki, müzakirəyə çıxarılacaq. Bunu MM sədri desəydi anlaşılardı, ABŞ Konqresinin rəhbəri də belə danışırsa, daha heç nə. Sonra da 1787-dən, demokratiyadan dəm vur”.

Millət vəkili Fəzail Ağamalı da mövzu ilə bağlı Musavat.com-a şərh verib: “ABŞ-ın Qafqazlara münasibətdə bütün kartları açılmaqdadır. Rusiyaya qarşı yönəltdiyi geosiyasi hücumların bir ucu da Cənubi Qafqaza yönəlib. Əslində ABŞ-ın bu niyyəti 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirdiyi andan başlayıb. Ancaq onda Rusiyanı zəiflətmək, bütün cəbhələrdə ona zərbə vurmaq üçün Ukrayna bataqlığını işə salmaq lazım idi, edildi də. Trampın dəqiq ifadə etdiyi kimi, beynəlxalq səviyyəli ifritəni cırtdan dövlət olan Ermənistana göndərdi. Nensi Pelosinin səfərindən öncə Ermənistan bütün sərhədlərimiz boyu genişmiqyaslı hərbi təxribatlar törətməyə şirnikləndirilirdi. Ardınca ermənilərin yeni təcavüzünə haqq qazandıran ədalətsiz bəyanatlar səsləndirildi. İrəvanda keçirdiyi görüşlərdə “Biz Ermənistanın nə istədiyini bilərək ona hərtərəfli yardım edəcəyik” deyən saxtakar demokrat  bütün hədləri keçdi və “yaxın vaxtlarda Azərbaycanın əleyhinə qətnamə qəbul ediləcək” deyərək bütün Konqres adından verdiyi bəyanat “ABŞ demokratiyası”nın əsl simasını ortaya qoydu”.

Deputat əlavə edib ki, Nensi Pelosinin qondarma soyqırım abidəsi qarşısında axıtdığı saxta göz yaşları çox iyrənc və eybəcər təsir bağışlayırdı: “Konqresə keçirilən növbəti seçkilərdə ermənilərin səsini və pulunu almağa hədəflənən göz yaşları insan ləyaqətinin itirildiyi ən son görüntülərdir. Anti-milli qüvvələr pərdələnmiş şəkildə Nensi nənələrinin yanında yer almaqdadırlar. Bu, ruhu və düşüncəsi zədələnənlər hələ də dərk və qəbul etmirlər ki, torpaqlarımızın işğalında Yeltsin Rusiyası ilə bərabər, ABŞ da eyni rolu oynayırdı. Con Kerrinin Qorbaçova 1989-cu ildə Azərbaycanı cəzalandırmaq haqqında məktubu və “Azadlığa dəstək” Aktına edilən 907-ci düzəliş, Minsk Qrupunun 3, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü kimi qətnamələri bloklayıb ermənilərin təcavüzünü dəstəkləyərək, onu stimullaşdıraraq haqsız mövqe tutmasını niyə göz önünə gətirmirlər?! Çünki bu cəbhədə yer alanlar da ABŞ üçün eyni rəftar sərgiləyənlərdir. Ətrafımızda təhlükəli proseslər cərəyan etməkdədir. Biz iki cəbhədə döyüşmək məcburiyyətindəyik. Ermənilərə, onları himayə edənlərə və ermənilərin yanında olan anti-milli qüvvələrə qarşı. Dövlətimiz, qəhrəman silahlı qüvvələrimizlə, müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər olsaq, 44 günlük savaşda olduğu kimi, biz qalibik. Buna bütün varlığım qədər əminəm”.

Afaq Mirayiq,
Musavat.com    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR