İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Bölgəyə sülhün gəlməsinə mane olan ölkə məhz Fransadır”  

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. 

Musavat.com xəbər verir ki, deputat Ceyhun Məmmədov cari məsələlərə ayrılan vaxtda çıxış edərək Avropa ölkələrində baş verənlərdə münasibət bildirdi: “Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Fransada əlcəzairli gənc Fransa polisi tərəfindən vəhşicəsinə döyüldü. Eyni zamanda, İsveçdə Qurani-Kərim yandırıldı. Bu, bir daha onu göstərir ki, getdikcə Qərbdə islamafob meyllər artmaqdadır”.

Deputat qeyd etdi ki, Qoşulmama Hərəkatının dünənki nazirlər görüşündə də cənab Prezident bu məsələyə geniş toxundu: “Burda bir neçə məqam var. Təəssüf ki, bəzi siyasi liderlər də bunu insan hüquq və azadlıqları ilə əlaqələndirdilər. Birinci Quranın, ümumiyyətlə, hansısa müqəddəs kitabın yandırılması insan hüquq və azadlıqları ilə əlaqələndirilə bilməz. Bu cür açıqlamalar dinlər arasında etimadı da zədələyir. Əli milyonlarla insanın qanına batan, qətlə yetirdiyi insanların sümüyündən muzey düzəldən ölkənin Azərbaycanı tənqid etməyə nə hüquqi nə də mənəvi haqqı var. Bu gün elə bölgəyə sülhün gəlməsinə mane olan ölkə də məhz Fransadır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR