İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Azərbaycanda imzalanan ən böyük əfv sərəncamından danışdı: "Bu, vətəndaşlar üçün şans yaradır"

“Azərbaycanda əfv ənənəsini yaradan Ulu öndər Heydər Əliyev olub. Məhz onun hakimiyyəti illərində ictimai təhlükə törətməyəcək qədər az cinayət törətmiş, yaxud əfv sərəncamının tələblərinə uyğun olan hüquq pozuntularına yol vermiş vətəndaşlarımızın kütləvi şəkildə əfv olunması vaxtaşırı həyata keçirilib”.

Bunu Musavat.com-a millət vəkili Hikmət Babaoğlu deyil. O qeyd edib ki, Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ən böyük əfv aktının imzalanması təsadüfi deyil: “Şübhəsiz ki, hər əfv bir ailə üçün sevincdir, vətəndaş üçün isə yeni başlanğıcdır.

Bəzən insanlara səhvləri düzəltmək üçün şans vermək lazımdır. Hüquqi baxımdan bunun izah olunması çətindir, amma Azərbaycan humanitar hüququn verdiyi bütün imkanlardan istifadə etməklə vətəndaşların həyatını yenidən başlaması üçün şans yaradır. Azərbaycan prezidentinin hüquqa humanist yanaşmasını ehtiva edən bu ənənə bundan sonra da davam edəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR