Onlayn ictimai-siyasi qəzet
Yardımlı şəhərindən təqribən 27 km məsafədə, dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən Qız qalası görənləri heyrətə gətirir.
Musavat.com bildirir ki, vaxtaşırı atxeoloji qazıntılar aparılsa da, bu cür unikal təbii qala hələ indiyədək tam şəkildə tədqiq olunmayıb.
Qala ilə bağlı maraqlı çəkilişlər edən “Yeni Musavat”ın əməkdaşı Elşad Paşasoy vurğulayıb ki, içərisində mağaralar olan, təbiətin "öz əli ilə" yonduğu bu “tikili” sirli-sehirli bir ünvandır. “Ətrafındakı təbii mağara da nəhəng evə bənzəyir. Həmçinin buradakı daş abidələr, insanabənzər fiqurlardan tutmuş, tısbağayadək bir çox heyrətamiz eksponatlar var. Qalanın aşağısında tarixi Alar kəndi yerləşir. Dağların qoynunda yaşayan qəhrəman insanlar hər cür çətinliklərə dözüblər əsrlər boyu. Bir neçə il əvvəl kəndə müasir elektrik xətti çəkilib, yolu abadlaşdırılıb. Bir sıra çətinliklər də zaman-zaman həllini tapacaq. Yardımlının İranla - Cənubi Azərbaycanla qonçu olan bu ərazisində səfalı yalaqlar, kəklikotulu, sarıçiçəkli çöllər, diş göynədən çeşməli bulaqlar,
daş heykəllər, qartallı zirvələr görənləri heyrətə salır. Rəvayətə görə, Şah İsmayıl öz ordusu ilə bu yaylaqlara dincəlməyə gələrmiş yaxınlıqdakı Ərdəbildən. Bumbuz çeşməli bulaqları ilə məşhur olan - Soyuqbulaq və sair - bu məkanlardan biri də indiyədək “Şahnişin yaylağı” - “Şah oturan” yaylaq adlanır”, jurnalist yazır. Müəllif hesab edir ki, belə gözəl məkan səma altında hazır muzeydir: “Yetər ki, rəsmən elan olunsun, turistlər cəlb edilsin, təşviq olunsun. Mədəniyyətimizə və turizmə məsul qurumlardan reaksiyalar atzuolunandır. Bu istiqamətdə addım atılsa, Yardımlıda Alar-Qız qalası qoruq-kompleksi elan olunsa, yerli əhali üçün iş və gəlir yerlərinin də stimullaşdırılması, tirizmin inkişafı baxımından mühüm addım atılmış olar. Azərbaycanımızın hər guşəsi gözəldir”.
Musavat.com sözügedən tarixi məkandan çəkilmiş videokadrları təqdim edir.
Elşad Paşasoy
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ