İnsanlara hürriyət, millətlərə istiqlal!

“Demokratlar Çin və Rusiyanı vahid qüvvəyə çevirdilər” - Tramp

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-də hakimiyyətdə olan demokratları Rusiya ilə münasibətdə bağışlanmaz səhvə yol verməkdə ittiham edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, D.Tramp Floridada keçirdiyi mətbuat konfransında deyib: “Onlar Rusiya və Çinə mümkün olmayanı etməyə – birləşməyə icazə verdilər”.

Eks-prezident bunun Barak Obamanın prezident olduğu vaxtdan başladığını və Co Baydenin dövründə də davam etdiyini bildirib. Eyni zamanda Tramp etiraf edib ki, Bayden nə qədər səhv etdiyini belə dərk etməyib.

“İndi onlar vahid qüvvədir” deyən Tramp Rusiya və Çinə istinad edərək, demokratların buna icazə verməsinin “tamamilə ağlasığmaz” olduğunu bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR