Onlayn ictimai-siyasi qəzet
Cozef Baydenin Demokratlar Partiyasından prezidentliyə namizəd olaraq qalması ilə bağlı ABŞ Konqresinin dəhlizlərində qızğın müzakirələr davam edir.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri öz mənbələrə istinadla məlumat yayıb və qeyd edib ki, bir çox demokratlar Baydenin Trampa uduzacağını bilə-bilə namizədlikdən geri çəkilməməsinə hiddətlidirlər.
Mənbələrdən biri alman jurnalistlərə deyib: "Bir çox demokratlar partiyanın hələ Baydeni istefaya məcbur etməməsindən qəzəblənirlər". O əlavə edib ki, "vəziyyət toksikidir".
Mənbə bildirib ki, yəqin ki, yekun qərar gələn bazar günündən sonra veriləcək.
Qəzet yazır ki, Ağ Ev daha əvvəl “New York Times” qəzetinin Cozef Baydenin əsas müttəfiqinə "namizədliyini xilas edə bilməyəcəyini" bildiyini söylədiyi iddia edilən xəbəri təkzib edib. Eyni zamanda, jurnalistlər qeyd edirlər ki, “Vaşinqton qoca Bayden və Donald Tramp arasındakı debatdan sonra alt-üst oldu”.
C.Bayden özü cümə günü verəcəyi geniş canlı müsahibədə ABC jurnalisti Corc Stefanopulosun suallarını cavablandırmaq niyyətindədir. O, "qüsursuz performans" vasitəsilə partiyadakı əhval-ruhiyyəni dəyişdirməyə ümid edir.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ