Onlayn ictimai-siyasi qəzet
Dünən Dəməşqə səfər edən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Suriyanın yeni prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb və danışıqlar aparıb.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Suriya lideri Qətər əmirinə ənənəvi paltar hədiyyə edib.
Görüş zamanı Qətər əmiri ölkəsinin Suriyanın birliyi, suverenliyi və müstəqilliyinə dəstəyini ifadə edib. O, Suriyanın yeni hökumətinin sabitliyə nail olmaq, dövlətçiliyi qorumaq və Suriya xalqının ehtiyaclarını ödəmək istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Şeyx Təmim həmçinin vurğulayıb ki, Suriyada sabitlik, yenidənqurma, inkişaf və rifahın möhkəmlənməsi üçün ölkə cəmiyyətinin bütün təbəqələrinin iştirak etdiyi yeni bir hökumətin formalaşdırılması vacibdir.
@@TVmusavat/107384@@
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ