İnsanlara hürriyət, millətlərə istiqlal!

"Delimitasiya komissiyasının görüşləri bu halda nəticə verə bilər"-Politoloq

 

“Uzun müddətdən sonra hər iki ölkənin yaratdığı delimitasiya komissiyasının görüşü müsbət qarşılanmalıdır. Bu, prosesdə dinamikanın olduğunu göstərir”. 

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli bildirib. Ermənistan XİN sözçüsü Ani Badalyanın noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq hesab edir ki, razılaşmalar görüşlər, iclaslar vasitəsilə əldə oluna bilər: “Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə uzun müddət idi ki, bu görüşlər baş tutmurdu. Noyabrın 30-da keçiriləcək iclasda ziddiyyətli məsələlərin həllini tapacağını düşünmürəm.

Kifayət qədər ziddiyyətli məqamlar var. İlk növbədə hər iki ölkənin vaxtilə mövcud olmuş xəritələrlə bağlı fərqli yanaşmaları müəyyənləşməlidir ki, demarkasiya və delimitasiya üçün hansı xəritənin əsas götürələcəyi bəlli olsun. Qarşıdakı dövrdə Ermənistan konstruktiv mövqe ortaya qoysa, ciddi uğura imza atmaq olar. Nəticə olmasını istəyiriksə, görüşlər müntəzəm xarakter almalıdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR