Onlayn ictimai-siyasi qəzet
Misirin Hurqada sahillərində rusiyalı turistləri daşıyan "Sindbad" adlı turist batiskafı qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, “Sharm Hurghada Excursions” turizm şirkətinin “İzvestiya”ya verdiyi məlumata görə, qəza baş verən batiskaf təxminən on ildir ki, istismarda olub.
Şirkət əməkdaşının sözlərinə görə, ekskursiya bir saat davam edir və böyüklər üçün biletin qiyməti 70 avro, uşaqlar üçün isə 35 avro təşkil edirdi.
Hadisədən sonra "Cairo 24 News" qəzanın əsas səbəbi kimi batiskafın mərcan riflərinə çırpılmasını göstərir. Qəzadan sonra Misir sahil mühafizəsi 38 rusiyalını xilas edib, lakin 7 nəfərin taleyi hələ də naməlumdur. Bu barədə "RİA Novosti" Rusiya Baş Konsulluğuna istinadla məlumat yayıb.
Batiskafda ümumilikdə 45 rusiyalı turist olub. Qəzanın görüntüləri və analoji dalış anlarının arxiv kadrları hazırda sosial şəbəkələrdə və media orqanlarında geniş yayılıb.
Qeyd edək ki, bu batiskaf vasitəsilə turistlər Qırmızı dənizdəki mərcan riflərini müşahidə edirdilər. Hadisə ilə bağlı araşdırma aparılır.
@@TVmusavat/111648@@
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ