İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Trampın təklifini RƏDD ETDİ

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın məktubuna cavab olaraq birbaşa danışıqlardan imtina edib. Bununla belə, vasitəçilər vasitəsilə dialoqu davam etdirmək imkanının hələ də mövcud olduğu bildirilib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pəzeşkian məlumat verib.

“Cavab məktubunda iki tərəf arasında birbaşa danışıqlara rədd cavabı verilsə də, dolayı yolların açıq qaldığı vurğulanıb”, – deyə Pəzeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.

Məktubda qeyd edilib ki, İran heç vaxt danışıqlardan yayınmayıb və yalnız yerinə yetirilməmiş öhdəliklər bu məsələdə problemlərə səbəb olub. Bu problemlərin həlli iki ölkə arasında etimadın bərpası üçün vacibdir və danışıqların gələcəyi “ABŞ-ın davranışından asılı olacaq”.

Martın 27-də İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Tehran Omanın vasitəçiliyi ilə İran İslam Respublikasının ali lideri Əli Xameneiyə ünvanlanan Trampın məktubuna rəsmi cavab göndərib. Onun sözlərinə görə, cavab iki sənəddən ibarətdir. Birincidə İranın hazırkı qlobal vəziyyətlə bağlı baxışları izah edilir, ikincidə isə Trampın məktubundakı müddəalara tam şərh verilib.

Martın 7-də Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə Xameneiyə məktub göndərdiyini bildirib. İran lideri isə bu açıqlamaya cavab olaraq vurğulayıb ki, ölkəsi ABŞ-la dialoq aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını güdür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR