Onlayn ictimai-siyasi qəzet
Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 1700 nəfərin yaşadığı Panqay şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. İlkin olaraq sunami təhlükəsi elan edilməyib.
Daha sonra ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi zəlzələnin nəticəsində Tonqa sahillərində sunami təhlükəsinin yarandığını elan edib. Qurumun məlumatına görə, yeraltı təkanların gücü 7,3 bal olub.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ