İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli HÜCUM BAŞLADI – Tramp Zelenskini Vaşinqtona ÇAĞIRDI – sövdələşmə BAŞLADI!

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, rəsmilər minerallar sazişi layihəsinin şərtlərini razılaşdırdıqdan sonra Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün cümə günü Vaşinqtona getməyi planlaşdırır.

Minerallarla bağlı razılaşma Kiyevin ABŞ-ın dəstəyini qazanması üçün əsas rol oynayır, çünki Tramp Rusiya ilə müharibəni sürətlə bitirməyə çalışır.

“Reuters” agentliyininin məlumatına görə, səfər təklifi Ağ Evdən gəlib. Lakin Ağ Ev məsələ ilə bağlı şərh verməyib.

Rusiya ordusu Xarkov vilayətinin iki kəndi - Kondraşovka və Radkovka uğrunda döyüşlərə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində hərbi ekspert Andrey Maroçko bildirib.

Hər iki qəsəbə Kupyansk yaxınlığında. Agentliyin həmsöhbəti qeyd edib ki, Qolubovkada düşmən darmadağın edildikdən sonra rus əsgərləri bu kəndlər istiqamətində uğurlarını inkişaf etdirməyə davam ediblər.

O bildirib ki, artilleriya və Rusiya Aerokosmik Qüvvələri müntəzəm olaraq Ukrayna qoşunlarının mövqelərinə zərbələr endirirlər.

“Eyni zamanda, əhalinin məskunlaşdığı ərazilərə doğru irəliləyiş var. Ümumiyyətlə deyə bilərik ki, Kondraşovka və Radkovkanın azad edilməsi üçün əməliyyat başlanılıb”, - deyə Maroçko yekunlaşdırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlın debat” verilişində müzakirə edə bilərik. Qonağımız Real sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR