Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 23-də Bakının Maştağa qəsəbəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.
Elvin İmişli rayonunda doğulub, böyüyüb və daha sonra ali təhsilini Gömrük Komitəsinin Akademiyasında almağa başlayıb.
Qeyd edək ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ