İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Kalininqradda Rusiyanı BELƏ İZLƏYİR

Şimali Atlantika Alyansı Rusiyanın Kalininqrad vilayətindəki hərbi fəaliyyətini izləmək üçün ixtisaslaşdırılmış AWACS tipli təyyarələrdən istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.

AWACS (Airborne Warning and Control System – Havadan Xəbərdarlıq və Nəzarət Sistemi) uçan aparata quraşdırılmış elektron kəşfiyyat və idarəetmə sistemidir.

Bu sistem düşmən obyektlərini havada, quruda və dənizdə uzaq məsafədən aşkar etmək üçün nəzərdə tutulub. AWACS həmin obyektlərə qarşı zərbə və ya ələ keçirmə vasitələrinin yönləndirilməsinə, eləcə də müttəfiq qüvvələrin fəaliyyətinin əlaqələndirilməsinə və digər vəzifələrin yerinə yetirilməsinə kömək edir.

Kompleks əsasən təyyarədən, güclü radiolokator sistemindən, yardımçı avadanlıqdan və rabitə vasitələrindən ibarətdir.

"Business Insider"in müxbiri Şərqi Avropa üzərində keçirilən patrul uçuşlarından birində iştirak edib. Onun sözlərinə görə, ekranlarda Baltik dənizi və Kalininqrad bölgəsindəki gəmiləri, qırıcıları və digər hərbi texnikanı ifadə edən üçbucaq və U formalı işarələr görünürdü. Uçuş səkkiz saat davam edib.

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıların idarə olunmasına cavabdeh zabiti AWACS-ı “göydəki gözlər” adlandırıb. Onun sözlərinə görə, 30 min fut (təxminən 9 km) yüksəklikdən ekipaj geniş əraziləri nəzarətdə saxlaya bilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR