İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Gənc fəal qadına 74 şallaq zərbəsi, 4 il 8 ay cəza – Güneydə ALOV yenə yüksəldi – Əhməd Obalı ilə “Canlı debat”

Tehranda yaşayan qadın fəal Fərnaz Hüseynzadə 4 il 8 ay həbs cəzası və 74 şallaq zərbəsinə məhkum edilib. Yanvarın 17-də Tehran İnqilab Məhkəməsi geyim dizayneri olan 30 yaşlı xanımı etiraz aksiyasına qoşulduğu üçün cəzalandırıb.

Fərnaz Hüseynzadə oktyabrın 26-da Tehranın Səttarxan meydanında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin zindanına köçürülüb.
Güney Azərbaycanda baş verən proseslər bütün sürəti ilə davam edir. Bundan sonrakı mərhələdə nələr gözlənilir?

Bu və gündəmdəki bir çox detalları bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində GünAZ Tv-nin rəhbəri Əhməd Obalı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR