Onlayn ictimai-siyasi qəzet
Xəstəxanada növbətçi həkim tərəfindən infarkt keçirərək öldüyü bildirilən və saatlarla tabutda qalan qadının sağ olduğu ortaya çıxıb.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, hadisə Ekvadorda baş verib.
Ekvador Səhiyyə Nazirliyi hadisəylə bağlı araşdırmalara başlayıb.
Öldüyü güman edilən qadının yaxınları tabutun içindən səslər eşidib və qadının həqiqətən sağ olduğunu anlayıblar. 76 yaşlı Bella Monto tabutdan çıxarılaraq xəstəxanaya aparılıb. Ölü bilinən qadın hazırda həmin xəstəxanada müalicə alır.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ