Onlayn ictimai-siyasi qəzet
"Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustalardan şikayət edəcəm".
Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib.
O bildirib ki, evini ikinci dəfə təmir edəcək:
"Hamam otağı sökülüb yenidən təmir olunmalıdır. Onlar elə danışıb ağlayırlar ki... İndi qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram".
R.Allahverdiyeva əl işi sayılan güzgü satdığına görə onu məsxərəyə qoyanlara ismarış yollayıb:
"Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır. Güzgü, meyvə-tərəvəz və ya paltar satmaq ayıb deyil. Düzlüklə pul qazanmaq üçün Allah yol açıb". (bizim.media)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ