İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022-də qalmaqal: Eto azarkeşi döyüb - VİDEO

Qətərdə keçirilən DÇ-2022-də qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, hadisə dünya çempionatının 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan sonra baş verib.

"Çelsi", "Barselona" və "İnter"in keçmiş hücumçusu, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto stadionu tərk edərkən onu lentə alan şəxsin üzərinə hücum çəkib.

Yoldan keçənlər mübahisəyə müdaxilə onları ayırmağa cəhd ediblər. Həmin şəxs yerə yıxılarkən 41 yaşlı sabiq hücumçu onu təpiklə vurub.

Məlumata görə, oyundan sonra Eto kifayət qədər pozitiv və mehriban olub və pərəstişkarları ilə şəkil çəkdirib. Sonra başqa bir fanat ona yaxınlaşaraq onu kameraya çəkərək qıcıqlandırıb.

Hadisə görüntülərini təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR