İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Braziliyalı futbolçular qələbəni Peleye həsr ediblər

Braziliya millisinin futbolçuları Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya üzərində qazandıqları 4:1 hesablı qələbəni həmyerliləri Peleyə həsr ediblər.

"Report"un məlumatına görə, oyunçular final fitindən sonra meydanın mərkəzində üzərində yığmanın əfsanəvi hücumçusunun fotosu və adı yazılmış banner açıblar. Onlar xəstəxanada müalicə alan veteran forvarda öz dəstəklərini nümayiş etdiriblər.

Bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.

Qeyd edək ki, Braziliya millisi 1/4 finalda Xorvatiya ilə qarşılaşacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR