İnsanlara hürriyət, millətlərə istiqlal!

David Tonoyan niyə cəzalandırılıb? - Özü AÇIQLADI 

“Düşünürəm ki, bizim ciddi təhlükəsizlik problemlərimiz var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində bu yaxınlarda zaminə buraxılan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.

“Mən həm müxalifətə, həm də hakimiyyətə deyirəm: bütün bunlarda iştirak edə bilərəm, amma siyasi məqsədlər üçün deyil”, - deyə Tonoyan bildirib.

Hakimiyyətin onu niyə cəzalandırdığını soruşduqda keçmiş nazir belə cavab verib: “Səbəbini bilirəm”.

Tonoyan adı hallanan istifadəyə yararsız raketlər mövzusuna toxunaraq, onların yoxlanılması üçün yeni ekspertizanın təyin olunacağına ümid etdiyini bildirib.

“Mən tam məsuliyyətlə bəyan edirəm ki, həm alınarkən, həm alındıqdan sonra, həm də bu gün bu raketlər istifadəyə yararlıdır”, - deyə keçmiş nazir deyib.

David Tonoyan “müxalifətə keçə bilərsiniz?” sualına belə cavab verib:

“Mən belə qeyri-ciddi insan təəssüratı yaradıram? Hələlik siyasətə qarışmaq istəyim yoxdur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR