Onlayn ictimai-siyasi qəzet
Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkat dönüş nöqtəsini yaşayır və faktiki olaraq son mərhələsinə qədəm qoyur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət gəlirləri komitəsinin keçmiş sədri David Ananyan yazıb.
“Srbazan baş nazirin istefası tələbini irəli sürüb və mütəmadi olaraq ictimai çıxışlar vasitəsilə istefanın şərtlərini müzakirə etmək üçün görüşə dəvət edilməsi təşəbbüsü ilə çıxış edir. Hazırda baş nazirdən heç bir reaksiya və ya açıqlama yoxdur. Hökumət başçısının legitimliyi və səlahiyyəti zaman keçdikcə azalır. Ona görə də görüşün gecikməsi və elan edilmədən təxirə salınması indiki Paşinyanın mövqeyini zəiflədir”, - deyə Ananyan bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ